Orta məktəbin qarşısındakı ağaclar kəsilib 

11:00 03.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə Lənkəran rayonunda yeni təmir edilmiş Zövlə kənd orta məktəbinin qarşısındakı həmişəyaşıl ağacların kəsildiyi barədə məlumat yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən hafta.az-a bildirilib ki, yayılmış məlumatlarla əlaqədar hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin regional ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Lənkəranda ağaclar kəsilib - Nazirlik araşdırmaya başladı - Gallery Image